Süd Vəzi (Məmə) Cərrahiyyəsi
Süd vəzisində kütlə, kista və xərçəngin erkən diaqnozu, onkoloji prinsiplərə uyğun cərrahi müalicəsi və limfa düyünü qiymətləndirməsi.
ƏtraflıYırtıq, öd kisəsi, apendisit, reflüks və anorektal xəstəliklərin müasir, əsasən qapalı üsulla müalicəsi.
Ümumi cərrahiyyə qarın boşluğu orqanlarının, yumşaq toxumaların və endokrin vəzilərin geniş spektrli cərrahi müalicəsini əhatə edir. Müasir yanaşmada əməliyyatların böyük hissəsi laparoskopik (qapalı) üsulla aparılır — bu, daha az ağrı, kiçik kəsik və sürətli sağalma deməkdir.
Hər müdaxilə əməliyyat öncəsi tam müayinə və fərdi qiymətləndirmə əsasında planlaşdırılır.
Qasıq, göbək, kəsik (postoperativ) və diafraqma yırtıqlarının açıq və ya laparoskopik düzəlişi.
Öd daşı xəstəliyində laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması).
Kəskin apendisitin təcili laparoskopik və ya açıq əməliyyatı.
Qastroezofageal reflüksün (GERD) laparoskopik cərrahi müalicəsi.
Hemoroid, anal çat (fissur) və fistulun müalicəsi.
Nazik və qalın bağırsaq keçməməzliyi və digər patologiyalar.
Diaqnostika məqsədilə qastroskopiya və kolonoskopiya.
Şikayətlərin dinlənilməsi, ümumi müayinə və lazımi analiz/görüntüləmənin planlanması.
Nəticələrin qiymətləndirilməsi və müalicə variantlarının xəstə ilə aydın müzakirəsi.
Mümkün olduqda laparoskopik üsulla, müasir şəraitdə icra olunan əməliyyat.
Sağalma dövründə kontrol görüşləri, tövsiyələr və 7/24 WhatsApp əlaqəsi.
Süd vəzisində kütlə, kista və xərçəngin erkən diaqnozu, onkoloji prinsiplərə uyğun cərrahi müalicəsi və limfa düyünü qiymətləndirməsi.
ƏtraflıZob, tiroid düyünləri, zəhərli (toksik) zob və qalxanabənzər vəzi xərçənginin endokrin cərrahi müalicəsi.
ƏtraflıTip 2 şəkərli diabet və metabolik sindromun cərrahi müalicəsi — metabolik əməliyyatlarla qan şəkərinin uzunmüddətli idarəsi.
ƏtraflıSuallarınızı birbaşa verin və ya ilkin konsultasiya üçün qeydiyyatdan keçin. Erkən müraciət doğru addımdır.